Əraqçi yenidən Pakistana GETDİ
İranın xarici işlər naziri Abbas Əraqçi yenidən Pakistana qayıtdı.
Crossmedia.az xəbər verir ki, bu barədə "Tasnim" agentliyi məlumat yayıb.
Xatırladaq ki, Əraqçi aprelin 25-də İslamabadda Pakistan rəsmiləri ilə görüşlər keçirib.
O, daha sonra Muskat şəhərinə səfər edərək Oman sultanı Haitham bin Tariq ilə görüşüb və yenidən İslamabada qayıdıb.
Araqçinin Pakistanda regiondakı son vəziyyət və mümkün atəşkəslə bağlı danışıqları davam etdirəcəyi gözlənilir. Onun səfərdən sonra Rusiyaya gedəcəyi bildirilir.
Qeyd edək ki, tərəflər arasında aprelin 8-də əldə olunan atəşkəsdən sonra aparılan danışıqlar nəticə verməyib. İran isə danışıqların davamı üçün ABŞ-nin dəniz blokadasının aradan qaldırılmasını şərt kimi irəli sürür.
19:05 26.04.2026
Oxunuş sayı: 54