Tramp: “Ağ Evdə bal zalı olsaydı, hücumun qarşısı alına bilərdi”
ABŞ prezidenti Donald Tramp Ağ Evdə baş verən insidentlə bağlı açıqlama verib.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Tramp bildirib ki, son hadisə yüksək təhlükəsizlikli, geniş bal zalının olmamasının nəticəsi kimi qiymətləndirilə bilər. Onun sözlərinə görə, son 150 il ərzində ABŞ prezidentləri Ağ Evin ərazisində təhlükəsiz bal zalının tikilməsini tələb ediblər.
Prezident iddia edib ki, hərbi baxımdan yüksək mühafizə olunan belə bir məkanda bu cür hadisə baş verməzdi.
Qeyd edək ki, məsələ ilə bağlı araşdırmalar davam edir.
19:00 26.04.2026
Oxunuş sayı: 58