İranda Qalibafa qarşı sui-qəsd iddiası
İran parlamentinin Rəyasət Heyətinin üzvü Abbas Papizadə ölkə parlamentinin sədri Məhəmməd Bağır Qalibafın bir neçə dəfə sui-qəsd cəhdinə məruz qaldığını iddia edib.
Bu barədə Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
Məhəmməd Bağır Qalibaf barədə açıqlama verən A. Papizadə bildirib ki, o, danışıqlar prosesi ilə bağlı fəaliyyətinə görə dəfələrlə hədəfə alınıb.
Onun sözlərinə görə, Qalibafın olduğu məkanlara raket zərbələrinin endirildiyi, lakin nəticədə onun həyatına sui-qəsd cəhdlərinin uğursuz olduğu iddia edilir.
A. Papizadə həmçinin qeyd edib ki, bu cəhdlərin səbəbi Qalibafın danışıqlarda güzəştə getməyəcəyi ilə bağlı mövqeyi olub.
Deputat iddia edib ki, sözügedən planlar onun digər yüksək vəzifəli şəxslərlə eyni aqibəti yaşatmaq məqsədi daşıyıb.
Qeyd edək ki, bu açıqlamalar müstəqil mənbələr tərəfindən təsdiqlənməyib və iddia xarakteri daşıyır.
18:10 26.04.2026
Oxunuş sayı: 60