İran ABŞ-yə mesaj göndərib: Trampdan ritorikanı yumşaltmaq istənilib
İranlı danışıqlar aparan nümayəndələr ABŞ-yə mesaj göndərərək prezident Donald Trampdan ictimai bəyanatlarında daha yumşaq ritorika sərgiləməsini istəyiblər.
Crossmedia.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” qəzeti məlumat yayıb.
Məlumata görə, Tehran hesab edir ki, daha mülayim açıqlamalar ölkə daxilində sərt mövqedə olan qüvvələrin danışıqlarda iştirakını təşviq edə bilər. İranlı nümayəndələr bildirir ki, sərt bəyanatlar əks təsir göstərərək dialoqu çətinləşdirir.
Ekspertlər və jurnalistlərin fikrincə, İran rəhbərliyində bu məsələ ilə bağlı fikir ayrılığı mövcuddur. Belə ki, SEPAH (İslam İnqilabı Keşikçiləri Korpusu) rəhbərliyinin təmsil etdiyi sərt xətt tərəfdarları ilə mülki administrasiya arasında yanaşma fərqləri qalmaqdadır.
Qeyd olunur ki, mülki hakimiyyət mümkün münaqişələrin tezliklə diplomatik yollarla həllində maraqlı olduğu halda, sərt xətt tərəfdarları daha sərt mövqedən çıxış edir.
12:25 26.04.2026
Oxunuş sayı: 92