"Arsenal" İngiltərə Premyer Liqasında liderliyini geri qaytarıb
"Arsenal" topladığı xallarla İngiltərə Premyer Liqasında yeganə liderliyini geri qaytarıb.
Crossmedia.az xəbər verir ki, Mikel Artetanın komandası XXXIV turun oyununda "Nyukasl"ı 1:0 hesabı ilə məğlub edib.
Oyun Londonda baş tutub. Yeganə qolu Ebereçi Eze 9-cu dəqiqədə vurub.
"Arsenal"ın 73 xal toplayıb və turnir cədvəlində birinci yerdədir. Komanda üç xalla ehtiyat oyunu olan "Mançester Siti"ni qabaqlayır. "Nyukasl" 42 xalla 14-cü yerdədir.
11:00 26.04.2026
Oxunuş sayı: 75