Qəzzada məktəbə hücum olub, üç nəfər ölüb
Qəzza şəhərinin şimalında Əl-Dəhyan məktəbinin yaxınlığında baş verən hücumda bir uşaq da daxil olmaqla üç fələstinli həlak olub, bir neçə nəfər yaralanıb.
Crossmedia.az xəbər verir ki, bu barədə "Vəfa" xəbər agentliyi məlumat yayıb.
Əl-Şifa xəstəxanasının məlumatına görə, yaralılar xəstəxanaya aparılıb.
Mənblərə görə, 7 oktyabr 2023-cü ildən bəri ölənlərin ümumi sayı 72.585-ə çatıb, 172.000-dən çox insan yaralanıb.
23:25 25.04.2026
Oxunuş sayı: 61