Rusiya Ukrayna danışıqlarının Azərbaycanda keçirilməsini istisna etməyib
Rusiya ABŞ və Ukrayna ilə Azərbaycanda danışıqlara razılıq verə bilər.
Crossmedia.az xəbər verir ki, Federasiya Şurasının Beynəlxalq Məsələlər Komitəsinin birinci müavini Vladimir Cabarov "Podyom" nəşrinə verdiyi müsahibədə deyib.
Bu ideyanı şərh edən Cabarov Azərbaycanı "normal yer" adlandıraraq Moskva ilə Bakının hazırda yaxşı münasibətlərinin olduğunu vurğulayıb.
Senator hesab edir ki, əgər Azərbaycan danışıqların bütün iştirakçıları üçün təhlükəsizliyi təmin etməyə hazırdırsa, düşünürəm ki, danışıqlar qrupumuzun üzvləri heç bir problem olmadan Azərbaycana gələ bilərlər.
Lakin Cabarovun sözlərinə görə, Ukrayna prezidenti Volodimit Zelenski danışıqlara hazır deyil və Qərb ölkələrinin əmrləri ilə hərəkət edərək hərbi əməliyyatların davam etdirilməsinin tərəfdarıdır.
O hesab edir ki, Zelenski son anda danışıqlardan imtina edəcək və Rusiyanın irəli sürəcəyi şərtlərdən məmnun olmadığını söyləyəcək.
Qeyd edək ki, daha əvvəl Zelenski Azərbaycan Prezidenti İlham Əliyevlə mətbuata birgə bəyanatında, Rusiya buna razılıq verəcəyi təqdirdə danışıqların Azərbaycanda keçirilə biləcəyini deyib.
20:29 25.04.2026
Oxunuş sayı: 43