ABŞ ölkəsinin müdafiəsinin qüsurlu olduğunu anlayıb
ABŞ Müharibə Nazirliyi (Pentaqon) Floridada Ukrayna pilotsuz təyyarə hücumunu simulyasiya edib və ABŞ müdafiəsinin qüsurlu olduğunu anlayıb.
Crossmedia.az xəbər verir ki, bu barədə "Defense One" məlumat yayıb.
Təlimlər zamanı məlum olub ki, milyardlarla dollarlıq investisiyalara baxmayaraq, Amerikanın əks-PUA sistemləri ucuz dronların kütləvi hücumuna qarşı kifayət qədər təsirli deyil.
İndi ABŞ təcili olaraq yanaşmasını dəyişir: müxtəlif sistemlərdən məlumatları vahid şəbəkəyə inteqrasiya edir, satınalmaları yenidən nəzərdən keçirir və bahalı raketlər əvəzinə ucuz tutucu dronlara üstünlük verir.
Son həftələrdə bu məqsəd üçün artıq 600 milyon dollardan çox vəsait ayrılıb və 2027-ci il büdcəsində dron texnologiyası üçün 75 milyard dollar nəzərdə tutulub.
18:40 25.04.2026
Oxunuş sayı: 50