Misir və Pakistan ABŞ–İran danışıqlarının davamını müzakirə edib
Misir və Pakistan ABŞ ilə İran arasında diplomatik prosesin irəliləməsi istiqamətində məsləhətləşmələr aparıb.
Crossmedia.az xəbər verir ki, Misir Xarici İşlər Nazirliyinin yaydığı məlumata görə, xarici işlər naziri Bədr Əbdülati pakistanlı həmkarı Məhəmməd İshaq Dar ilə telefon danışığı zamanı İran–ABŞ dialoqunun davam etdirilməsi yollarını müzakirə edib.
Tərəflər bölgədə gərginliyin azaldılması və sabitliyin təmin olunması məqsədilə Tehran və Vaşinqton arasında danışıqların ikinci mərhələsinin keçirilməsinə ümid etdiklərini ifadə ediblər.
Qeyd edilib ki, görüşdə Yaxın Şərqdə diplomatik təşəbbüslərin aktivləşdirilməsinin vacibliyi də vurğulanıb.
16:56 25.04.2026
Oxunuş sayı: 51