Somali sahillərində neft tankeri ələ keçirilib
Britaniyanın Dəniz Ticarəti Təşkilatı Somali sahillərində yeni dəniz insidenti qeydə alındığını açıqlayıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Marionun şimal-şərqində, təxminən 45 dəniz mili məsafədə hərəkət edən neft tankeri silahlı şəxslərin hücumuna məruz qalıb və ələ keçirilib.
Hücum edənlər gəmi üzərində nəzarəti ələ alaraq onu 77 dəniz mili cənuba, Somali ərazi sularına doğru aparıblar.
Qeyd edək ki, bu, son bir həftə ərzində Somali yaxınlığında gəmilərə edilən ikinci hücum hadisəsidir.
15:37 25.04.2026
Oxunuş sayı: 44