Tramp: ABŞ 159 milyard dollarlıq tarifləri geri qaytarmalı olacaq
ABŞ Prezidenti Donald Tramp bildirib ki, ABŞ Ali Məhkəməsinin qərarına əsasən ölkə 159 milyard dollar həcmində idxal tariflərini geri qaytarmalı olacaq.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Onun sözlərinə görə, məhkəmə bu tarifləri qanunsuz hesab edib və nəticədə şirkətlər və vətəndaşlar ödədikləri vəsaiti geri almalıdırlar.
Tramp qərarı tənqid edərək qeyd edib ki, məhkəmə artıq ödənilmiş vəsaitlərin geri qaytarılması tələbini tətbiq etməmək imkanına malik idi.
16:15 25.04.2026
Oxunuş sayı: 55