Livan: atəşkəsdən sonra 15 nəfər ölüb
Livan Səhiyyə Nazirliyi bildirib ki, atəşkəsin qüvvəyə mindiyi vaxtdan bəri İsrailin hücumları nəticəsində 15 livanlı mülki şəxs həyatını itirib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Cümə günü İsrail ordusunun Livanın cənubuna endirdiyi zərbələrdə 6 nəfər ölüb, 2 nəfər yaralanıb.
Nazirlik qeyd edib ki, 17 apreldə qüvvəyə minən atəşkəsdən sonra hücumlar davam edib və ümumilikdə 15 mülki vətəndaşın öldüyü təsdiqlənib.
Atəşkəs Livan və İsrail arasında ABŞ-ın vasitəçiliyi ilə əldə olunub və 17 apreldə qüvvəyə minib. Lakin cənub bölgəsində vəziyyət gərgin olaraq qalır, atəşkəsin pozula biləcəyi ilə bağlı narahatlıqlar davam edir.
Cümə axşamı tərəflər arasında atəşkəsin üç həftə müddətinə uzadıldığı da açıqlanıb.
14:36 25.04.2026
Oxunuş sayı: 48