Laricaninin ölümü ilə bağlı ŞOK DETALLAR ÜZƏ ÇIXDI
İranın Ali Milli Təhlükəsizlik Şurasının keçmiş katibi Əli Laricaninin ölümü ilə bağlı yeni detallar açıqlanıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Onun qardaşı Məhəmməd Cavad Laricani bildirib ki, hadisə zamanı Əli Laricani ağır hava hücumu nəticəsində həlak olub. Onun sözlərinə görə, cəsəd ciddi şəkildə zədələnib və yalnız bir hissəsi tapılıb.
Qeyd edək ki, hadisə martın 17-si səhər saatlarında İran ərazisinə endirilən hava zərbələri zamanı baş verib. Hadisənin ABŞ və İsrailin hücumları fonunda baş verdiyi iddia olunur.
13:23 25.04.2026
Oxunuş sayı: 770