Ədliyyə nazirindən XƏBƏRDARLIQ: Bu şəxslər məsuliyyətə cəlb olunacaq
Türkiyənin ədliyyə naziri Akın Gürlek sosial şəbəkələrdə yayılan dezinformasiyalara dair açıqlama verib.
Crossmedia.az bu barədə türk mediasına istinadən xəbər verir.
O bildirib ki, sosial mediada yalan məlumat və süni ictimai rəy yaradan şəxslər mütləq şəkildə məsuliyyətə cəlb olunacaq:
“Xaricdən bir fake hesab açılır, daha sonra yalan rəy formalaşdırılır. Bunların əksəriyyəti insanları provokasiyaya çəkmək üçün yaradılan hesablardır. Bunlara inanmayın və etibar etməyin,” – deyə o qeyd edib.
13:20 25.04.2026
Oxunuş sayı: 49