Rus professor azərbaycanlı uşağı təhqir etdi - FOTO
Rusiyanın Yekaterinburq şəhərində yerləşən Ural Federal Universiteti (UrFU) ətrafında qalmaqal yaranıb.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, universitetin professoru Yuliya Volkova keçmiş tələbəsi Rəşad Ağayevin ailə fotosunu sosial şəbəkədə paylaşaraq onun azyaşlı qızını təhqir edib. O, uşağı “eybəcər” adlandırmaqla yanaşı, azərbaycanlı ailələrdə uşaqların görünüşü ilə bağlı mübahisəli fikirlər səsləndirib.
Məsələ qızın qohumunun videomüraciətindən sonra geniş rezonans doğurub. Videoda uşağın səhhətində problemlər olduğu və mütəmadi dərman qəbul etdiyi bildirilib. Qızın atası isə qeyd edib ki, müəllim ilk dəfə deyil bu cür açıqlamalar verir və onun işdən çıxarılmasını tələb edir.
Hadisəyə münasibət bildirən professor Yuliya Volkova heç kimi incitmək niyyətində olmadığını, səhv etdiyini etiraf edib.
Universitet rəhbərliyi də məsələyə reaksiya verib. UrFU-nun prorektoru Aleksandr İvanov bildirib ki, Volkovanın işdən çıxarılması məsələsində israrlı olacaq. Universitetdən verilən məlumata görə, professorun izahatı alındıqdan sonra məsələ etika komitəsində müzakirə ediləcək.\

12:57 25.04.2026
Oxunuş sayı: 56