Hindistan Çabahardan geri çəkilir
Hindistan ABŞ sanksiyalarından yayınmaq üçün Iran ərazisində yerləşən Çabahar Port limanındakı payını yerli şirkətə sata bilər.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Bu addım sanksiyalar üzrə güzəşt müddəti başa çatmamış atıla bilər. Məqsəd limanın fəaliyyətini dayandırmadan davam etdirməkdir.
Qeyd olunur ki, satış müvəqqəti ola bilər. Məhdudiyyətlər aradan qalxdıqdan sonra Hindistanın limandakı payını geri alması ehtimal edilir.
Bu liman Hindistan üçün mühüm əhəmiyyət daşıyır. Layihə sayəsində ölkə Pakistan ərazisini keçmədən Əfqanıstan və Orta Asiya ölkələrinə çıxış əldə edir.
12:45 25.04.2026
Oxunuş sayı: 45