Ukrayna–Səudiyyə əməkdaşlığında yeni mərhələ
Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman ilə görüşü “çox məhsuldar” olub.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Onun sözlərinə görə, tərəflər üç əsas istiqamətdə əməkdaşlığı inkişaf etdirir: təhlükəsizlik və hava hücumundan müdafiə sahəsində Ukrayna təcrübəsinin ixracı, enerji əməkdaşlığı və ərzaq təhlükəsizliyi.
Zelenski əlavə edib ki, artıq strateji razılaşmalar əldə olunub və komandaların bu razılaşmaları yaxın zamanda həyata keçirməsi gözlənilir.
09:10 25.04.2026
Oxunuş sayı: 51