Makron: Türkiyə ilə gərginlik halında Yunanıstana dəstək veriləcək
Fransa Prezidenti Emmanuel Makron bildirib ki, Türkiyə tərəfindən Yunanıstana qarşı hər hansı təhdid olarsa, Paris Afinanı dəstəkləyəcək.
Crossmedia.az bu barədə "Reuters"ə istinadən xəbər verir.
Makron Yunanıstana səfəri zamanı qeyd edib ki, ölkənin suverenliyi təhlükə altına düşərsə, Fransa yardım göstərməyə hazır olacaq.
09:04 25.04.2026
Oxunuş sayı: 54