Ukrayna Rusiyanın komanda məntəqəsinə PUA hücumu edib - İDDİA
Ukrayna Rusiyanın komanda məntəqəsinə pilotsuz uçuş aparatları (PUA) ilə hücum edildiyini bildirib.
Crossmedia.az xəbər verir ki, “Sky News”un Ukrayna dron qüvvələrinin yüksək rütbəli komandiri Robert Brovdiyə istinadən yaydığı məlumata görə, 8 PUA Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) əməkdaşlarının olduğu binaya zərbə endirib.
Nəticədə 12 zabitinin öldüyü, daha 15 nəfərin isə yaralandığı iddia olunur.
Rəsmi Rusiya bu məlumatla bağlı hələlik rəsmi açıqlama verməyib.
17:35 24.04.2026
Oxunuş sayı: 53