Netanyahudan ŞOK etiraf: Prostat xərçəngi əməliyyatı keçirib
İsrailin Baş naziri Benyamin Netanyahu illik tibbi hesabatında 2024-cü ilin sonunda prostat xərçənginin erkən mərhələdə aşkar edildiyini və əməliyyat olunduğunu bildirib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, müntəzəm müayinə zamanı ölçüsü 1 sm-dən kiçik olan bədxassəli şiş müəyyən edilib. Aparılan testlər metastaz olmadığını, xəstəliyin erkən mərhələdə olduğunu göstərib.
Netanyahu dekabrın 29-da həyata keçirilən əməliyyatın uğurlu olduğunu və problemin tam aradan qaldırıldığını qeyd edib.
O, həmçinin İranla davam edən hərbi gərginlik səbəbindən bu məlumatın açıqlanmasının təxminən iki ay gecikdirildiyini bildirib.
17:12 24.04.2026
Oxunuş sayı: 50