İran Buşehr AES-in tikintisini sürətləndirir
İran Buşehr Atom Elektrik Stansiyasında (AES) yeni enerji bloklarının tikintisini və istismara verilməsini sürətləndirməyi planlaşdırır.
Crossmedia.az xəbər verir ki, bu barədə İranın Moskvadakı səfiri Kazım Cəlali məlumat verib.
Səfir bildirib ki, Tehran layihənin icrası ilə bağlı Rusiya tərəfi ilə, xüsusilə “Rosatom” şirkəti ilə mütəmadi əlaqə saxlayır. Onun sözlərinə görə, əməkdaşlıq çərçivəsində işlərin fasiləsiz davam etdirilməsi və texniki heyətin fəaliyyətinə şərait yaradılması istiqamətində koordinasiya aparılır.
Cəlali əlavə edib ki, İran layihənin vaxtında tamamlanmasını və yeni blokların tezliklə istifadəyə verilməsini gözləyir.
16:52 24.04.2026
Oxunuş sayı: 49