ABŞ NATO-da İspaniyaya qarşı addımları nəzərdən keçirir
ABŞ-nin NATO daxilində İspaniyaya qarşı bəzi məhdudlaşdırıcı addımları nəzərdən keçirdiyi bildirilir.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Vaşinqton İranla mümkün qarşıdurma zamanı ABŞ-ni dəstəkləməyən NATO üzvlərinə qarşı tədbirlər planı hazırlayıb.
Sənəddə bəzi müttəfiqlərin ABŞ-yə baza istifadəsi, hava məkanı və giriş imkanları verməməsindən narazılıq ifadə olunduğu qeyd edilir.
Təkliflər arasında İspaniyanın NATO daxilində müəyyən mexanizmlərdə iştirakının məhdudlaşdırılması və problemli ölkələrin ittifaqda mühüm vəzifələrə çıxışının azaldılması da yer alır.
ABŞ-ın Folklend adaları məsələsində Böyük Britaniyaya diplomatik dəstək variantını da nəzərdən keçirdiyi bildirilir. Sənəddə NATO-dan çıxış ehtimalı isə yer almır.
15:58 24.04.2026
Oxunuş sayı: 44