İrəvan Tramp–Paşinyan danışığı ilə bağlı iddiaları təkzib edib
Ermənistan hökuməti ABŞ Prezidenti Donald Tramp ilə Ermənistan Baş naziri Nikol Paşinyan arasında telefon danışığı baş tutması barədə yayılan xəbərlərin həqiqətə uyğun olmadığını açıqlayıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Baş nazirin sözçüsü Nazeli Baqdasaryan bildirib ki, xüsusilə X platformasında yayılan bu məlumatlar dezinformasiya xarakteri daşıyır və xarici informasiya manipulyasiyası əlamətləri göstərir.
Onun sözlərinə görə, bəzi istifadəçilər guya Trampın "Truth Social" hesabında Paşinyanla telefon danışığı barədə paylaşım etdiyini iddia etsələr də, belə bir danışıq baş tutmayıb.
Rəsmi açıqlamada vurğulanıb ki, yayılan məlumatlar yalandır və reallığı əks etdirmir.
15:10 24.04.2026
Oxunuş sayı: 53