Rusiya XİN-dən ŞOK AÇIQLAMA: Aİ Ermənistanda seçkilərə MÜDAXİLƏ EDƏ BİLƏR?
Rusiya Xarici İşlər Nazirliyi bəyan edib ki, Avropa İttifaqının Ermənistandakı missiyası ölkənin daxili işlərinə müdaxilə etməyə cəhd göstərə bilər və gələcək parlament seçkilərinin nəticələrinə təsir etmək niyyətində ola bilər.
Crossmedia.az bu barədə rus mediasına istinadən xəbər verir.
Nazirliyin açıqlamasında qeyd olunub ki, sözügedən missiyanın fəaliyyəti regiondakı siyasi proseslərə təsir imkanları baxımından narahatlıq doğurur və onun mandatının genişləndirilməsi daxili siyasi proseslərə müdaxilə riskini artırır.
Bəyanatda həmçinin vurğulanır ki, Rusiya tərəfi vəziyyəti diqqətlə izləyir və regionda sabitliyin qorunmasının vacibliyini önə çəkir.
14:40 24.04.2026
Oxunuş sayı: 56