Trampdan G20 açıqlaması: Putini dəvət etməmişəm
ABŞ Prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putin ilə bağlı yayılan iddialara münasibət bildirib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Tramp qeyd edib ki, Putini G20 sammitinə özü dəvət etməyib.
“Mən Vladimir Putini G20-yə dəvət etməmişəm, amma o gəlsəydi, yəqin ki, çox faydalı olardı”, – deyə o bildirib.
Bununla da Tramp məsələ ilə bağlı yayılan xəbərləri təkzib edib.
09:28 24.04.2026
Oxunuş sayı: 51