Tramp Hörmüz boğazı ilə bağlı sərt açıqlama verib
ABŞ prezidenti Donald Tramp Hörmüz boğazında təhlükəsizliklə bağlı sərt bəyanatla çıxış edib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
ABŞ Hərbi Dəniz Qüvvələrinə boğaz sularında mina yerləşdirən istənilən kiçik qayıq daxil olmaqla hədəflərin atəşə tutulması və məhv edilməsi barədə göstəriş verilib.
O, həmçinin ABŞ donanmasının geniş tərkibli hərbi gəmilərinin artıq əməliyyat zonasında olduğunu iddia edib və minaaxtaran gəmilərin boğazın təmizlənməsi üçün fəaliyyət apardığını qeyd edib.
Tramp əlavə edib ki, bu əməliyyatların davam etdirilməsi və intensivləşdirilməsi barədə göstəriş verib.
17:25 23.04.2026
Oxunuş sayı: 46