ABŞ–İran gərginliyi fonunda neft qiymətləri yüksəlir
Neft ABŞ və İran arasında gərginlik fonunda yenidən bahalaşır. Belə ki, Brent markalı neftin qiyməti 5,5% artaraq bir barel üçün 95,33 dollara çatıb. Bu arada S&P 500 üzrə fyuçerslər 0,7% azalıb, Avropa səhmlərinin isə 1,4% düşə biləcəyi gözlənilir.
Crossmedia.az “Bloomberg”ə istinadən xəbər verir ki, bazar iştirakçıları tərəflərin danışıqları bərpa edib-edə bilməyəcəyini və İslamabaddakı uğursuz dialoqdan sonra, həmçinin atəşkəsin müddətinin başa çatması fonunda Hörmüz boğazının açılıb-açılmayacağını gözləyirlər.
12:25 20.04.2026
Oxunuş sayı: 59