Ukraynada Azərbaycana münasibətdə qeyri-müəyyənlik artır
Ukraynada aparılan sorğunun nəticələrinə görə, Azərbaycana müsbət münasibət azalıb.
Active Group və Experts Club-un (mart 2026) məlumatına əsasən, müsbət qiymətləndirmələrin payı 56,7%-dən 44,3%-ə düşüb. Mənfi münasibət isə cüzi artaraq 6,5%-ə çatıb. Respondentlərin 47,1%-i neytral mövqe tutub.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, sorğu göstərir ki, dəyişiklik daha çox insanların neytral mövqeyə keçməsi ilə bağlıdır. Ekspertlərin fikrincə, bu, Azərbaycana dair mövzuların mediada əvvəlki qədər aktiv işıqlandırılmaması ilə əlaqədardır. Nəticədə ölkənin imici Ukraynada daha qeyri-müəyyən xarakter almağa başlayıb.
Rəmziyyə Babazadə
11:57 20.04.2026
Oxunuş sayı: 67