ABŞ-nin hücum etdiyi gəmi ilə bağlı ŞOK DETALLAR
ABŞ qüvvələrinin hücum etdiyi gəmi ilə bağlı yeni məlumat yayılıb.
Crossmedia.az xəbər verir ki, məlumatı İranın “Tasnim” xəbər agentliyi yayıb.
Məlumata görə, hücuma məruz qalan gəmi Çindən yola çıxaraq İrana doğru hərəkət edirmiş. Bildirilir ki, insident zamanı gəmi beynəlxalq sularda olub.
Hadisənin detalları və gəmidə hansı yükün olduğu barədə hələlik rəsmi açıqlama verilməyib. İran tərəfi məsələ ilə bağlı araşdırmaların davam etdiyini qeyd edib.
Qeyd edək ki, son dövrlər regionda gərginliyin artması fonunda bu cür insidentlərin sayı çoxalmaqdadır.
10:35 20.04.2026
Oxunuş sayı: 75