Tramp ABŞ-də alimlərin müəmmalı ölümlərini araşdıracağını bildirib
ABŞ prezidenti Donald Tramp ölkədə bir sıra alimlərin müəmmalı ölümləri və itkin düşməsi ilə bağlı məsələnin araşdırılacağını açıqlayıb. O, bu barədə artıq müşavirə keçirildiyini və detalları yaxın günlərdə açıqlayacağını deyib.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, ən azı 11 alimin itkin düşməsi və ya qeyri-müəyyən şəraitdə ölümü qeydə alınıb. Onların ABŞ-nin hərbi, nüvə və kosmos tədqiqatlarına çıxışı olduğu bildirilir.
Bildirək ki, məsələyə yenidən diqqət 34 yaşlı Emi Eskricin ölümü fonunda yaranıb.
19:45 19.04.2026
Oxunuş sayı: 47