Nigeriya Türkiyə ilə müdafiə sahəsində əməkdaşlığı genişləndirir
Nigeriya Türkiyə ilə müdafiə sahəsində əməkdaşlığın gücləndirilməsi barədə razılığa gəlib. Çərçivə daxilində Nigeriyada böyük hərbi təlim mərkəzinin yaradılması planlaşdırılır.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Məlumata görə, Nigeriya ordusunun təxminən 200 zabit və əsgərinin Türkiyəyə göndərilərək hazırlıq keçməsi nəzərdə tutulur. Türkiyə isə Nigeriya hərbçilərinin təlimi üçün 200 əsgər hazırlayacaq.
Nigeriyanın müdafiə naziri bildirib ki, əməkdaşlıq çərçivəsində birgə hərbi təlimlər keçiriləcək və ilk təlimlərin bu ilin sonuna planlaşdırıldığı gözlənilir.
Vurğulamaq yerinə düşər ki, razılaşma Antalyada keçirilən Diplomatik Forum 2026 çərçivəsində iki ölkənin müdafiə nazirləri arasında aparılan danışıqlar zamanı əldə olunub.
19:30 19.04.2026
Oxunuş sayı: 53