İran–ABŞ danışıqlarının yeni raundu bu həftə keçiriləcək
İran və ABŞ arasında danışıqların yeni raundunun bu həftə keçirilməsi planlaşdırılır.
Crossmedia.az xəbər verir ki, bu barədə “New York Post” qəzeti məlumat yayıb.
Məlumata əsasən, ABŞ tərəfini İslamabadda keçiriləcək görüşlərdə Donald Trampın xüsusi elçisi Stiv Uitkof və keçmiş Ağ Ev müşaviri Cared Kuşner təmsil edəcək. Lakin vitse-prezident Cey Di Vensin danışıqlarda iştirak etməyəcəyi bildirilir.
19:01 19.04.2026
Oxunuş sayı: 58