ABŞ nümayəndə heyəti İranla danışıqlar üçün Pakistana gedir
ABŞ prezidenti Donald Tramp Amerika nümayəndə heyətinin İranla danışıqlar aparmaq üçün Pakistana yola düşdüyünü açıqlayıb. Nümayəndə heyətinin sabah İslamabada çatacağı bildirilir.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, Tramp bu barədə “Truth Social” platformasında paylaşım edib. O, Vaşinqtonun “ədalətli və ağlabatan razılaşma” təklif etdiyini və Tehranın bunu qəbul etməli olduğunu qeyd edib.
Tramp həmçinin xəbərdarlıq edib ki, əgər razılaşma rədd olunarsa, ABŞ İranın elektrik stansiyaları və körpüləri ilə bağlı sərt addımlar ata bilər.
19:13 19.04.2026
Oxunuş sayı: 50