Fidan: Atəşkəsin uzadılması mümkün görünür
Türkiyənin xarici işlər naziri Hakan Fidan Yaxın Şərqdə mövcud vəziyyət və ABŞ–İran münasibətlərindəki gərginliklə bağlı açıqlama verib.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Antalya Diplomatiya Forumu çərçivəsində keçirilən mətbuat konfransında çıxış edən nazir atəşkəsin davam etdirilməsinin vacibliyini vurğulayıb. O bildirib ki, ABŞ və İran arasında mövcud fikir ayrılıqlarının qısa müddətdə həll edilməsi asan deyil. Fidan atəşkəsin uzadılması ilə bağlı nikbin olduğunu qeyd edib.
18:52 19.04.2026
Oxunuş sayı: 60