Rusiyada azərbaycanlı şəxsin vətəndaşlığı ləğv edilib
Rusiyada Şamil Babayev adlı Azərbaycan əsilli şəxsin yol hərəkəti qaydalarını pozduqdan sonra vətəndaşlığının ləğv edildiyi bildirilib.
Crossmedia.az xəbər verir ki, həyat yoldaşı Türkan Babaevanın qeyd etdiyinə görə, hadisə 2025-ci ilin iyununda baş verib.
Məlumata görə, Şamil Babaev idarə etdiyi VAZ-2107 markalı avtomobillə qarşı zolağa çıxıb. Həmin vaxt avtomobildə Azərbaycan bayraqları olub və ailə toy mərasiminə gedirmiş.
Hadisədən sonra keçirilən məhkəmə prosesində onun sürücülük hüququ 1 il 7 ay müddətinə məhdudlaşdırılıb, avtomobil isə müsadirə olunub və şərti cəza verilib.
Daha sonra, 9 apreldə Şamil Babaev polis bölməsinə çağırılıb və ona Rusiya vətəndaşlığının ləğv edildiyi bildirilib, pasportunu təhvil verməsi tələb olunub.
Ailənin iddiasına görə, qərar “milli təhlükəsizliyə təhdid” maddəsi ilə əsaslandırılıb.
Qeyd edək ki, onun üç ay ərzində deportasiya edilə biləcəyi qeyd olunur. Ailə isə məsələ ilə bağlı ədalətli qərar verilməsini istəyir.
18:37 19.04.2026
Oxunuş sayı: 59