ABŞ-nin “Qiyamət” təyyarəsində qeyri-adi aktivlik qeydə alınıb
ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus (“Qiyamət təyyarəsi”) modelində qeyri-adi fəaliyyət müşahidə olunub.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, təyyarə bir neçə saat ərzində 12 qrupdan ibarət təcili əməliyyat mesajları ötürüb. Bu tip ötürmələrin strateji və nüvə komandanlıq sistemlərinin koordinasiyasında istifadə olunduğu bildirilir.
Hərbi ekspertlərin qiymətləndirməsinə əsasən, belə siqnallar adətən yüksək səviyyəli əməliyyat hazırlığı və ya komanda strukturlarında aktivləşmə mərhələsinə işarə edə bilər.
12 qrup şəklində şifrələnmiş kodların isə dəniz qüvvələrinə mümkün hücum və ya müdafiə mövqeləri ilə bağlı birbaşa əmrlər daşıya biləcəyi ehtimal edilir.
17:00 19.04.2026
Oxunuş sayı: 59