ABŞ rəsmisi Hörmüz boğazı ilə bağlı SƏRT AÇIQLAMA VERDİ
ABŞ Dövlət Departamentinin sabiq sözçüsü Alan Eyrin açıqlamasına görə, İran Hörmüz boğazı üzərində mövqeyini sərtləşdirməyə davam edir.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
O bildirib ki, boğazın açıldıqdan sonra əvvəlki vəziyyətinə qayıtdığını demək düzgün deyil, çünki İran heç vaxt keçidi tam şəkildə sərbəst buraxmayıb.
Açıqlamada qeyd olunur ki, İran gəmilərin hərəkətini məhdud şəkildə, SEPAH dəniz qüvvələri ilə koordinasiyalı şəkildə həyata keçirdiyini və bunun üçün rüsum tətbiq edildiyini iddia edir.
Eyrin sözlərinə görə, hazırkı vəziyyətdə gəmilərin boğazdan keçidində ciddi dəyişiklik müşahidə olunmur və İran bu vəziyyəti öz tələblərinə nail olana qədər davam etdirə bilər. O, tərəflər arasında razılaşma ehtimalının isə hələ uzaq olduğunu vurğulayıb.
15:40 19.04.2026
Oxunuş sayı: 61