"Chrome"da 100-dən çox zərərli genişləndirmə aşkarlandı
Rusiya Daxili İşlər Nazirliyinin məlumatına görə, "Chrome Veb Mağazası"nda istifadəçi məlumatlarını oğurlamaq üçün hazırlanmış 100-dən çox zərərli genişləndirmə aşkar edilib.
Crossmedia.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Bildirilir ki, bu genişləndirmələr arasında tərcüməçi, brauzer köməkçi proqramları və müxtəlif oyun əlavələri kimi maskalanmış tətbiqlər də olub. Onların istifadəçilərin hesab məlumatlarını topladığı, gizli brauzer funksiyalarını işə saldığı və aktiv veb sessiyalara icazəsiz giriş əldə etdiyi qeyd olunur.
Məlumata görə, araşdırmalar davam edir və istifadəçilərə şübhəli genişləndirmələri dərhal silmək tövsiyə olunur.
00:30 20.04.2026
Oxunuş sayı: 47