Husilər Bab əl-Məndəb boğazını bağlamaqla HƏDƏLƏDİ
Yəməndə fəaliyyət göstərən husilər Bab əl-Məndəb boğazının bağlanması ilə bağlı yeni hədələyici açıqlama veriblər.
Crossmedia.az xəbər verir ki, bu barədə "Al Jazeera" nəşri məlumat yayıb.
Hüseyn əl-Əzzi bildirib ki, ABŞ Prezidenti Donald Tramp sülh proseslərinə mane olmağa davam edərsə, qrup strateji əhəmiyyətə malik Bab əl-Məndəb boğazını bağlaya bilər.
Qeyd olunur ki, Bab əl-Məndəb boğazı Avropa ilə Şərqi və Cənubi Asiya, eləcə də Avstraliya arasında əsas dəniz ticarət yollarından biri hesab olunur və qlobal ticarət üçün mühüm strateji əhəmiyyət daşıyır.
14:08 19.04.2026
Oxunuş sayı: 51