İran hücumlara baxmayaraq raket potensialını qoruya bilib
İran ABŞ və İsrailin kütləvi hücumlarına baxmayaraq raket potensialının əhəmiyyətli hissəsini qoruyub saxlayıb.
Crossmedia.az xəbər verir ki, bu barədə "The New York Times" ABŞ kəşfiyyat icmasının hesablamalarına istinadən məlumat yayıb.
Qəzetin yazdığına görə, Tehran hazırda müharibədən əvvəlki ballistik raket ehtiyatının təxminən 70%-nə çıxış əldə edib.
ABŞ kəşfiyyat və müdafiə mənbələri İranın hələ də buraxılış qurğularının təxminən 60%-nə, həmçinin dron donanmasının təxminən 40%-nə çıxışı olduğunu bildirir.
Məlumata görə, iki həftəlik atəşkəs qüvvəyə minənə qədər İran buraxılış gücünün təxminən yarısına nəzarət edirdi.
Lakin atəşkəsdən sonra İran mütəxəssisləri yeraltı anbarlardan təxminən 100 buraxılış qurğusunu çıxarmağa nail olub və bu göstərici müharibədən əvvəl qeydə alınan səviyyənin 60%-nə çatıb.
13:40 19.04.2026
Oxunuş sayı: 58