Pezeşkian Trampın İranın hüquqları ilə bağlı mövqeyini tənqid edib
İran prezidenti Məsud Pezeşkian ABŞ-li həmkarı Donald Trampın İranın hüquqları ilə bağlı mövqeyini tənqid edib.
Crossmedia.az xəbər verir ki, o, bu barədə Gənclər və İdman Nazirliyində çıxışı zamanı danışıb.
Pezeşkian bildirib ki, Tramp İranın öz hüquqlarından istifadə etməməli olduğunu iddia edir, ancaq bunun səbəbini izah etmir.
“ABŞ prezidenti deyir ki, İran öz hüquqlarından istifadə etməməlidir, lakin hansı cinayətə görə? sualına cavab vermir”, – deyə o vurğulayıb.
İran prezidenti qeyd edib ki, Tehran müharibə yaymaq niyyətində deyil və indiyədək heç bir ölkəyə hücum etməyib.
Onun sözlərinə görə, İran nə müharibəni başladıb, nə də hazırda kiməsə hücum etmək planı var.
Pezeşkian əlavə edib ki, İran yalnız öz qanuni hüquqlarını tələb edir və bu hüquqların tanınmaması üçün ölkəyə qarşı təzyiq və zorakılıq tətbiq olunur.
13:20 19.04.2026
Oxunuş sayı: 53