Bəhreyn İranın Hörmüz boğazını bağlamasını pisləyən qərarı alqışlayıb
Bəhreyn İranın Hörmüz boğazını bağlamasını pisləyən qərarı alqışlayıb.
Crossmedia.az xəbər verir ki, Bəhreyn Xarici İşlər Nazirliyi Manamanın Beynəlxalq Dənizçilik Təşkilatının (İMO) İran tərəfindən Hörmüz boğazının bağlanmasını pisləyən qərarını alqışladığını açıqlayıb.
Nazirliyin yaydığı bəyanatda bildirilib ki, sözügedən qərarda gəmilərə qarşı təhdidlər, Körfəz Əməkdaşlıq Şurasına üzv dövlətlərə və İordaniyaya hücumlar, mina yerləşdirmə hədələri, eləcə də Hörmüz boğazından keçən gəmilərə rüsum tətbiq olunması pislənib.
Bəhreyn XİN BƏƏ-nin qətnamənin hazırlanmasındakı rolunu yüksək qiymətləndirərək, sənədin Hörmüz boğazından tranzit keçid hüququnu vurğuladığını qeyd edib.
10:20 19.04.2026
Oxunuş sayı: 57