ABŞ ordusu İranla əlaqəli tankerləri və ticarət gəmilərini ələ keçirməyə hazırlaşır
ABŞ ordusu İranla əlaqəli tankerləri və ticarət gəmilərini ələ keçirməyə hazırlaşır.
Crossmedia.az xəbər verir ki, bu batədə "The Wall Street Journal" qəzeti məlumat yayıb.
Məlumata görə, ABŞ ordusu yaxın günlərdə beynəlxalq sularda İranla əlaqəli neft tankerlərini və ticarət gəmilərini yoxlamaq və ələ keçirmək üçün əməliyyatlara başlaya bilər.
Nəşrin məlumatına görə, bu tədbirlər Tramp administrasiyasının İrana iqtisadi təzyiqi artırmaq strategiyasının bir hissəsidir.
Vaşinqton Tehranı nüvə danışıqlarında güzəştlərə getməyə və Hörmüz boğazından sərbəst naviqasiyanı təmin etməyə ümid edir.
Emori Universitetinin eksperti Nevittin qeyd etdiyi kimi, bu, bir neçə sahədə rol oynaya bilər: İran sahillərində dəniz qüvvələrinin mövcudluğunun gücləndirilməsi, dünyanın müxtəlif bölgələrində sözdə "kölgə donanması"nın gəmilərinə qarşı mümkün əməliyyatlar və həmçinin qaçaqmalçılığın, o cümlədən raket komponentlərinin tədarükünün qarşısının alınması.
09:47 19.04.2026
Oxunuş sayı: 58