İlk dəfə açıqlandı: ABŞ Ukrayna təcrübəsini öyrənir
ABŞ Ukraynadan öyrənir və təcrübəsi sayəsində dəyişir.
Crossmedia.az xəbər verir ki, bunu ABŞ Ordu Katibi Daniel Driskoll Nümayəndələr Palatasının dinləməsində bildirib.
O qeyd edib ki,ukraynalılar müharibəyə yanaşmalarını kökündən dəyişdiriblər və hərbi innovasiyalarda əhəmiyyətli irəliləyişlər əldə ediblər.
"Mən Kiyevdə olmuşam və Ukrayna rəhbərliyi ilə çox vaxt keçirmişəm. Onlar insanların münaqişəyə necə cəlb olunduğunu kökündən dəyişdiriblər. Onlar inanılmaz dərəcədə innovasiya işi görüblər. Və mən açıq şəkildə deyirəm: biz onlardan çox şey öyrənirik, bizə öyrətdikləri dərslərə uyğun olaraq dəyişirik."
O, həmçinin vurğulayıb ki, ABŞ Ordusu müharibənin ilk günlərindən Ukraynanı dəstəkləyib.
03:30 19.04.2026
Oxunuş sayı: 47