İran TŞ Hörmüz boğazı ilə bağlı mühüm qərar qəbul edib
İran döyüşlər bitənə və bölgədə davamlı sülh bərqərar olana qədər Hörmüz boğazından keçən gəmiçilik hərəkətini izləyəcək.
Crossmedia.az xəbər verir ki, bu barədə İslam Respublikasının Ali Milli Təhlükəsizlik Şurası bildirib.
"Fars körfəzi bölgəsindəki ABŞ hərbi bazaları üçün əksər avadanlıqların Hörmüz boğazından keçirildiyini nəzərə alsaq, bu, İran İslam Respublikası və Fars körfəzi bölgəsi üçün milli təhlükəsizlik təhdidi yaradır. İran müharibə bitənə və bölgədə davamlı sülh bərqərar olana qədər Hörmüz boğazından keçən gəmiçilik hərəkətini izləmək və nəzarətdə saxlamaq əzmindədir" -deyə, bildirilib.
18:57 18.04.2026
Oxunuş sayı: 44