İran Hörmüz boğazını BAĞLADI
İranın SEPAH ABŞ-nin dəniz blokadasına cavab olaraq Hörmüz boğazının bağlandığını bəyan edib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Qurumun Xatəmül-Ənbiya Qərargahının sözçüsü İbrahim Zülfüqari bildirib ki, strateji su yolu üzərində nəzarət əvvəlki rejimə qaytarılıb və hazırda İran Silahlı Qüvvələrinin ciddi nəzarəti altındadır.
Onun sözlərinə görə, qərar ABŞ-nin blokadanı davam etdirməsi ilə əlaqədar qəbul olunub və boğazın bağlanması İranın təhlükəsizlik tədbirlərinin tərkib hissəsidir.
SEPAH rəsmisi qeyd edib ki, ABŞ blokadanı aradan qaldırmayana qədər Hörmüz boğazında tətbiq olunan məhdudiyyətlər qüvvədə qalacaq.
17:11 18.04.2026
Oxunuş sayı: 58