Tramp: Atəşkəsi uzatmaya bilərəm
ABŞ Prezidenti Donald Tramp İranla bağlı açıqlamasında mövcud atəşkəs rejiminin gələcəyinin qeyri-müəyyən olduğunu bildirib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
O, jurnalistlərin suallarını cavablandırarkən qeyd edib ki, proses istənilən istiqamətdə inkişaf etməzsə, ABŞ hərbi əməliyyatları yenidən bərpa edə bilər.
“Bəlkə də atəşkəsi uzatmayacam. Deməli, blokada var və təəssüf ki, yenidən bomba atmağa başlamalı olacağıq”, – deyə Tramp vurğulayıb.
Onun sözlərinə görə, İranla bağlı vəziyyətin inkişafı ABŞ-nin növbəti addımlarını müəyyən edəcək.
17:50 18.04.2026
Oxunuş sayı: 43