Oman sahillərində tankerə hücum edilib
Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları Xidməti Oman sahilləri yaxınlığında bir tankerə hücum edildiyi barədə məlumat yayıb.
Crossmedia.az bu barədə xarici mediyaya istinadən xəbər verir.
Hadisə zamanı iki silahlı qayıq tankerə yaxınlaşaraq atəş açıb. Hücumun ardınca gəmi heyətinə zərər dəyməyib və bütün şəxslərin təhlükəsiz olduğu bildirilir.
UKMTO hadisənin araşdırıldığını və bölgədə dəniz təhlükəsizliyinin nəzarətdə saxlandığını açıqlayıb.
İran mediası daha əvvəl Tehran hökumətinin Hörmüz boğazı üzərində hərbi nəzarəti gücləndirdiyini və bölgədə nəqliyyat axınını öz nəzarətində saxladığını bildirmişdi.
17:45 18.04.2026
Oxunuş sayı: 42