Trampın İran siyasətinə ictimai dəstək zəifləyir – SORĞU
ABŞ Prezidenti Donald Trampın İrana qarşı siyasəti ilə bağlı ictimai rəydə narazılığın artdığı bildirilir.
Crossmedia.az xəbər verir ki, "Politico"nun yayımladığı sorğu nəticələrinə görə, amerikalıların böyük bir hissəsi hərbi əməliyyatların ABŞ-nin milli maraqlarına uyğun olmadığını düşünür.
Sorğuya əsasən, respondentlərin yalnız 38 faizi İrana qarşı zərbələri dəstəkləyib. Eyni zamanda, 41 faiz Trampın münaqişəni həll etmək üçün aydın planının olmadığını bildirib.
Nəticələrə görə, yalnız 15 faiz onun İranda qarşıya qoyduğu məqsədlərə çatdığına inanır. Təxminən 40 faiz isə ya məqsədlərin qeyri-müəyyən olduğunu, ya da heç vaxt həyata keçməyəcəyini düşünür.
Sorğu həmçinin göstərib ki, respondentlərin yarısına yaxını Trampın xarici siyasətə daxili məsələlərdən daha çox diqqət ayırdığını hesab edir.
17:25 18.04.2026
Oxunuş sayı: 48