907-ci düzəlişin ləğvi təşəbbüsünə daha iki konqresmen qoşulub
ABŞ Konqresində Azərbaycana yardımla bağlı 907-ci düzəlişin ləğvi istiqamətində irəli sürülən qanun layihəsi ilə bağlı yeni addım atılıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, Respublikaçılar Partiyasından olan konqresmenlər Derrik Van Orden və Rendi Fine təşəbbüsə qoşularaq layihənin həmmüəllifi olublar.
Layihə daha əvvəl konqresmen Anna Paulina Luna tərəfindən təqdim edilib və “Azərbaycana yardıma qoyulan məhdudiyyətin ləğvi”ni nəzərdə tutur.
Bildirilir ki, Rendi Fine ABŞ Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində fəaliyyət göstərir və 907-ci düzəlişin ləğvi də daxil olmaqla xarici yardım qanunlarının müzakirəsində iştirak edir. Təklifin Nümayəndələr Palatasının gündəliyinə çıxarılıb-çıxarılmayacağı isə gələcək müzakirələrdən sonra müəyyən ediləcək.
16:45 18.04.2026
Oxunuş sayı: 50